Modern.az

Minsk qrupunun fransız həmsədri Arayiklə görüşü RƏDD EDİB

Minsk qrupunun fransız həmsədri Arayiklə görüşü RƏDD EDİB

Ölkə

16 Aprel 2022, 16:56

ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bris Rokfeyl Qarabağdakı separatçı tör-töküntünün rəhbəri Arayik Arutyunyanla görüşdən imtina edib.

Modern.az-ın xəbərinə görə, bu barədə Ermənistanın “Hraparak" qəzeti məlumat yayıb.

Ermənistan mediası iddia edir ki, görüşdən imtinaya səbəb Qarabağdakı separatçıların Ukraynadakı qondarma “Donetsk və Luqansk xalq respublikaları”nı tanıması olub.

Məlumatlara görə, Xankəndidəki separatçıların rəhbəri Arayik Arutyunyan və onun özünü "xin başçısı" kimi təqdim edən yandaşı David Babayan fransalı həmsədrlə görüşməyə cəhd edib. Məqsəd fransalı həmsədrə yalvarmaq, ATƏT-in Minsk qrupunu Qarabağla bağlı danışıqlarda aktivliyə çağırmaq olub.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bris Rokfeyl aprelin 11-də İrəvana səfər etmişdi.


 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama