Modern.az

"Şahdəniz"dən hasil edilən neftin həcmi açıqlandı

İqtisadiyyat

16 Aprel 2022, 17:31

İstismar tarixindən bu il aprelin 1-dək “Şahdəniz” qaz və kondensat yatağından hasil olunan qaz və kondensatın həcmi açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, prezident vəzifəsini müvəqqəti icra edən Rövşən Nəcəf "Facebook" hesabında yazıb.

 

O bildirib ki, bu dövvrdə “Şahdəniz” yatağından 163,97 mlrd. kubmetr qaz, 36,94 mln. ton kondensat hasil edilib. Bu ilin birinci rübündə isə yataqdan qaz hasilatı 6,44 mlrd. kubmetr, kondensat hasilatı isə 1,15 mln. ton olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi