Modern.az

İtaliya limanlarını rus gəmiləri üçün bağlayır

İtaliya limanlarını rus gəmiləri üçün bağlayır

Dünya

16 Aprel 2022, 19:13

İtaliya 17 aprel tarixindən etibarən limanlarını Rusiya gəmiləri üçün bağlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

 

Qadağa fevralın 24-dən sonra bayraqlarını dəyişən gəmilərə də şamil ediləcək. Hazırda İtaliya limanlarında olan gəmilər isə ticarət fəaliyyətini başa vuran kimi oranı tərk etməli olacaqlar.

 

Yeni qərar Avropa İttifaqının 8 aprel tarixli sanksiyalarının icrası çərçivəsində qəbul edilib.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək