Modern.az

8 nəfəri ildırım vurub öldürdü

8 nəfəri ildırım vurub öldürdü

Dünya

16 Aprel 2022, 22:41

Hindistanın Assam bölgəsində ildırımla müşayiət olunan güclü fırtına baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Hindustan Times" nəşri yerli rəsmilərə istinadən məlumat yayıb.

 

Bildirilib ki, təbiət hadisəsi nəticəsində ikisi azyaşlı olmaqla 8 nəfər həlak olub. Həlak olanlardan çoxu ildırım vurması ilə dünyasını dəyişib.

 

Güclü fırtına infrastruktura ciddi ziyan vurub. Evlərin damları uçub, ağaclar kökündən qopub.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək