Rusiya Hərbi Dəniz Qüvvələrinin rəhbəri, admiral Nikolay Yevmenov "Moskva" raket kreyserinin ekipaj üzvləri ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
O, hərbçilərin hərbi donanmada xidməti davam etdirəcəklərini bildirib.
Rusiya tərəfi "Moskva"nın döyüş sursatı partlaması nəticəsində batdığını bildirib. Ukrayna Rusiyanın Qara dəniz donanmasının flaqmanı olan gəmini raketlə vurduğunu açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi Yevmenov və digər iki zabitin 100-ə yaxın dənizçinin qarşısında dayandığını göstərən 26 saniyəlik video yayımlayıb. Nazirlik görüşün nə vaxt keçirildiyini bildirməyib.
Rusiya baş verən partlayışdan sonra 500 nəfərlik ekipajın hamısının xilas edildiyini bildirib.
Akif İsmayılov