Modern.az

Yaxın günlərdə Ukraynaya yeni silahlar göndəriləcək - Conson

Yaxın günlərdə Ukraynaya yeni silahlar göndəriləcək - Conson

Dünya

16 Aprel 2022, 23:33

Böyük Britaniyanın Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb.

 

Conson Zelenskiyə bildirib ki, London Kiyevə silah, o cümlədən zirehli maşınlar verməyə davam edəcək. Telefon danışığı zamanı Conson, həmçinin qeyd edib ki, tədarüklər yaxın günlərdə həyata keçiriləcək.

 

Məlumata görə, liderlər Ukraynanın təhlükəsizlik probleminin uzunmüddətli həllinin zəruriliyini də müzakirə ediblər.

 

Zelenski görüşlə bağlı bildirib ki, o, Boris Consonla Mariupoldakı vəziyyəti və Ukrayna üçün təhlükəsizlik təminatını müzakirə edib. 

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək