Modern.az

Vətəndaşlara GÜZƏŞT: Pensiya növünü özləri seçəcəklər

Vətəndaşlara GÜZƏŞT: Pensiya növünü özləri seçəcəklər

İqtisadiyyat

16 Aprel 2022, 23:59

Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində qeyd olunub.

 

Mövcud qanunvericiliyə əsasən, əlilliyə görə pensiya alanın yaşa görə pensiya almaq və yaxud yaşa görə pensiya alanın əlilliyə görə pensiya almaq hüququ yoxdur. Hazırda pensiya növünün dəyişdirilməsi hazırda qanunda nəzərdə tutulmur, amma yeni tətbiq ediləcək qanunda bu qadağa aradan qaldırılacaq və vətəndaşın seçim imkanı yaranacaq ki, ya əlilliyə, ya da yaşa görə pensiya alsın.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi