Modern.az

“Krım məsələsini müzakirə edə bilərik” – Zelenskidən Rusiyaya MESAJ

“Krım məsələsini müzakirə edə bilərik” – Zelenskidən Rusiyaya MESAJ

Dünya

17 Aprel 2022, 00:15

Ukrayna Rusiya ilə NATO-ya üzvlük və Krımın statusu məsələlərini müzakirə etməyə hazırdır.

 

Modern.az xəbər verir ki, bu sözləri Prezident Volodimir Zelenski Ukrayna mediasına müsahibəsində deyib.

 

O, müzakirələrin hərbi əməliyyatların dayandırılması və Rusiya qoşunlarının ölkədən çıxarılmasından sonra aparıla biləcəyini vurğulayıb.

 

“NATO məsələsi var, gəlin danışaq. Krım məsələsi var, bu haqda danışaq. Bu normal bir addımdır. Danışmalı və qərar verməliyik", - deyə Zelenski bildirib.

 

Xatırladaq ki, sonuncu dəfə Rusiya və Ukrayna arasında üzbəüz danışıqlar martın 29-da İstanbulda baş tutub.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək