Modern.az

MSK-ya hesabat verməyən partiyaların YENİ SİYAHISI

MSK-ya hesabat verməyən partiyaların YENİ SİYAHISI

Aktual

17 Aprel 2022, 15:38

Mərkəzi Seçki Komissiyası (MSK) 2021-ci ilin maliyyə hesabatını təqdim edən siyasi partiyaların siyahısını yeniləyib.

 

Modern.az MSK-nın saytına istinadən xəbər verir ki, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış 58 siyasi partiyadan 10-u ötən il üzrə maliyyə hesabatını təqdim etməyib.

 

2021-ci ilin maliyyə hesabatını təqdim edən siyasi partiyalar aşağıdakılardır:

 

Yeni Azərbaycan Partiyası

Azərbaycan Milli İstiqlal Partiyası

Azərbaycan Ümid Partiyası

Müsavat Partiyası

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

Milli Cəbhə Partiyası (MCP)

“Milli Vəhdət” Partiyası 

Böyük Azərbaycan Partiyası 

“Qorqud” Partiyası 

Böyük Quruluş Partiyası

Azərbaycan Demokratik Maarifçilik Partiyası

Müasir Musavat Partiyası 

Azərbaycan Xalq Partiyası 

Vətəndaş və İnkişaf Partiyası

Müstəqil Xalq Partiyası (MXP)

“Ana Vətən” Partiyası (AVP)

Demokratik İslahatlar Partiyası

Azərbaycan Tərəqqi Partiyası 

Vətəndaş Həmrəyliyi Partiyası

“Ədalət” Partiyası

Milli Dirçəliş Hərəkatı Partiyası 

Azərbaycan Liberal Partiyası 

Azərbaycan Naminə Alyans Partiyası (ANAP) 

Azərbaycan Respublikaçılar Partiyası 

Milli Həmrəylik Partiyası (MHP)

Aydınlar Partiyası

Cümhuriyyət Xalq Partiyası (CXP) 

Azərbaycan Kommunist Partiyası 

Azərbaycan Təkamül Partiyası 

“Birlik” Partiyası 

Azərbaycan Sosial Demokrat Partiyası 

Ağ Partiyası (AĞP) 

Milli Konqres Partiyası 

Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) 

Vəhdət Partiyası

Yeni Zaman Partiyası (YZP)

Respublikaçı Alternativ (REAL) Partiyası

Azərbaycan Milli Demokrat Partiyası 

Milli Demokrat İdrak Partiyası 

Vətəndaş Birliyi Partiyası 

Azərbaycan Sosial Rifah Partiyası

Azərbaycan Azad Respublikaçılar Partiyası 

Gələcək Azərbaycan Partiyası (GAP) 

Klassik Xalq Cəbhəsi Partiyası 

Azərbaycan Demokrat Partiyası 

Azad Demokratlar Partiyası (AzDP) 

“Azərbaycan Mübarizləri” Partiyası 

Vahid Azərbaycan Milli Birlik Partiyası

 

MSK-nın bugünkü siyahısında 10 partiyanın adı qeyd olunmayıb. Həmin partiyalar bunlardır:

 

Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası

Müstəqil Azərbaycan Partiyası

Azərbaycan Milli Dövlətçilik Partiyası

Azərbaycan Vətənpərvərlər Partiyası

Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Vahid Kommunist Partiyası

Sosial Ədalət Partiyası

Azadlıq Partiyası

Haqq Ədalət Partiyası (HƏP)

Azərbaycan Yüksəliş Partiyası (AY Partiya)

 

Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, cari ilin yanvarın 1-də başlayan proses aprelin 1-də yekunlaşıb. Bəzi partiyalar maliyyə hesabatlarını MSK-ya təqdim etməyiblər. MSK prosedura uyğun olaraq illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. 

 

Xatırladaq ki, qaydalara əsasən, il ərzində oktyabr ayının 1-dək yeni yaradılan siyasi partiyalar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-nə qədər olan dövrü əhatə edir. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış siyasi partiyalar üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-nə qədərki dövrü əhatə etməlidir. Beləliklə, 2021-ci il oktyabr ayında qeydiyyata alınmış Haqq Ədalət Partiyası (HƏP) və Azərbaycan Yüksəliş Partiyası (AY Partiya) oktyabr-dekabr aylarına aid maliyyə hesabatını təqdim etməlidirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi