Rusiya ordusu Donetsk və Tavrid istiqamətlərində hərbi əməliyyatları intensivləşdirib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin operativ məlumatında deyilir.
Qeyd olunur ki, ruslar Tu-22M3 strateji bombardmançı təyyarələrdən istifadə etməklə Mariupol şəhərinə raket zərbələrini davam etdirir. Bundan başqa, Rusiya ordusu dəniz limanı və Azovstal zavodu ərazisində hücum əməliyyatları keçirməyə cəhd edib.
Akif İsmayılov