Modern.az

Le Pen mənimsəmədə ittiham olunur

Le Pen mənimsəmədə ittiham olunur

Dünya

17 Aprel 2022, 20:49

Fransa prezidentliyinə namizəd Marin Le Pen Avropa İttifaqının büdcə vəsaitlərinin mənimsənilməsində ittiham olunur.

 

Modern.az xəbər verir ki, bu barədə "Mediapart" yazıb.

 

İttiham martın ortalarında Avropa Fırıldaqçılıq Əleyhinə Ofisi (OLAF) tərəfindən irəli sürülüb. Belə ki, ittiham Le Pen, onun atası Jean-Marie Le Pen, həyat yoldaşı Luis Allot və partiyanın keçmiş vitse-prezidenti Bruno Qalniçeyə aiddir.

 

İstintaqın məlumatına görə, ümumilikdə onlar Avropa Parlamentinin vəsaitindən təxminən 617 min avro mənimsəyiblər. 

 

Qeyd edək ki, Fransada aprelin 11-də prezident seçkilərinin birinci turu keçirilib. Emmanuel Makron prezident seçkilərinin birinci turunda 27,84% səs toplayıb. Onun rəqibi Milli Birlik Partiyasının lideri Marine Le Pen 23,15% səs yığıb. Fransa prezidenti postu uğrunda seçkilərin ikinci turu aprelin 24-də keçiriləcək.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək