İran ordusu "Qəzza" adlı yeni pilotsuz uçuş aparatlarını (PUA) sınaqdan keçirib.
Modern.az xəbər verir ki, hava vasitələri İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) tərəfindən istehsal edilib.
PUA-nın qanadlarının uzunluğu 21 metrdir, 500 kiloqrama qədər sursat və radarlar daşıya bilər.
"Qəzza" adlı PUA-lar 35 saat havada qala, 10668 metr hündürlükdə, 250 kilometr məsafədə uça bilir.