Modern.az

Gənci türk olduğu üçün bıçaqladılar - VİDEO

Gənci türk olduğu üçün bıçaqladılar - VİDEO

Dünya

18 Aprel 2022, 09:55

Amerika Birləşmiş Ştatlarının (ABŞ) New-York şəhərində amerikalı şəxs türk yeniyetməni etnik kimliyinə görə öldürməyə cəhd edib.

 

Modern.az xəbər verir ki, Nyu-York polisi ağır yaralanan türkiyəli yeniyetmənin sinəsindən bıçaqlandığını bildirib.

 

Xəstəxanaya yerləşdirilən yaralı gəncin müalicəsi davam edir.

 

Qısa müddətə hadisənin təfərrüatları məlum olub. Belə ki, təcavüzkarın küçədə gedən gəncdən türk olub-olmadığını soruşduğu, bundan sonra "Türklərə və sənə nifrət edirəm”, deyərək onu bıçaqladığı bildirilib.

 

Hüquq-mühafizə orqanları şübhəlinin tapılması üçün axtarışları davam etdirir. Polis axtarışda olan şəxsin tapılmasına köməklik edənə 3 min 500 dollar mükafat veriləcəyini açıqlayıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək