Rusiya qoşunları tərəfindən Ukraynanın Lvov vilayətinə 4 raket atılıb.
Modern.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Maksim Kozitski məlumat verib.
O, hadisə barədə özünün "Telegram" kanalında paylaşım edib. Lvova yenidən hücumların ola biləcəyini qeyd edən qubernator sakinləri sığınacaqlarda qalmağa səsləyib.