Modern.az

Göyçayın icra nümayəndəsi SAXLANILDI

Göyçayın icra nümayəndəsi SAXLANILDI

18 Aprel 2022, 10:50

Göyçay İcra Hakimiyyətinin Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov tutulub.

 

R.Şükürovun Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib.

 

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a təsdiqləyiblər.

 

Qeyd edək ki, rayonun icra başçısı Mehdi Səlimzadə bir müddət əvvəl işdən çıxarılıb. Daha sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qurumda yoxlamalara başlanıldığı, bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilirdi.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal