Modern.az

Rusiya müharibədə ölən ukraynalı hərbçilərin siyahısını yaydı

Rusiya müharibədə ölən ukraynalı hərbçilərin siyahısını yaydı

Dünya

18 Aprel 2022, 13:20

Rusiyanın Müdafiə Nazirliyi ilk dəfə olaraq müharibədə həlak olan Ukrayna Silahlı Qüvvələrinin əsgərləri haqda siyahı dərc edib.


Modern.az xəbər verir ki, siyahıda həlak olan Ukrayna əsgərlərinin şəxsi məlumatları əks olunub.

Bu barədə bazar ertəsi, aprelin 18-də Rusiyanın Müdafiə Nazirliyi rəsmi Telegram kanalında məlumat verib.


Siyahıda hərbçilərin doğum tarixi, hərbi ixtisasları və vəzifələri, hərbi hissələrin nömrəsi, habelə ölüm halları göstərilir. Siyahı müvafiq olaraq üç və dörd hissədən ibarət iki böyük qrupa bölünür.


Müdafiə Nazirliyinin məlumatında ​​vurğulanır ki, hərbi idarə Ukrayna ordusunun, milli qvardiyasının və gələn xarici muzdluların həqiqi itkiləri barədə etibarlı məlumatlara malikdir.

Rusiya tərəfinin iddiasına görə, bu günə qədər Ukrayna tərəfindən real sənədləşdirilmiş itkilər 23367 nəfərdir.

“Rusiya Müdafiə Nazirliyinin sərəncamında olan sənədlər də çoxlu sayda fərari, yaralı və itkin düşmüş hərbçilərin olduğuna dəlalət edir”, - deyə məlumatda bildirilir.


Xatırladaq ki. Ukrayna prezidenti Vladimir Zelenski bir neçə gün öncə müharibədə ölən ukraynalı hərbçilərin sayının təxminən 3 min nəfər olduğunu bildirmişdi.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, Rusiya tərəfi bu günə kimi müharibədə 20600 nəfər itirib.

Rusiya Ukraynada müharibəyə fevralın 24-də başlayıb. 

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək