Modern.az

Putin sabah Azərbaycanla sülh sazişini poza bilər - ŞƏRH

Putin sabah Azərbaycanla sülh sazişini poza bilər - ŞƏRH

18 Aprel 2022, 13:40

Ermənistanın baş naziri Nikol Paşinyan sabah Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov Paşinyanın Kremldə keçirəcəyi görüş barədə “hazırki beynəlxalq vəziyyətdə bu xüsusi əhəmiyyət kəsb edir” deyib.

Ermənistan müxalifəti isə bəyan edib ki, Paşinyan Moskvada Putinlə, ikitərəfli münasibətlərə aid hansısa sənədə imza atacaq.
 

Modern.az-ın məlumatına görə, Nikol Paşinyanın Moskva səfərini şərh edən azərbaycanlı politoloq Elxan Şahinoğlu bildirib ki, Kremldə iki hadisə baş verə bilər:

“Putinin qarşısında iki variant var: Kreml sahibi ya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına - Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına dəstək verəcək, ya da bu prosesi pozmaq üçün imzalayacağı sənəd vasitəsilə Paşinyana müxtəlif vasitələrlə təzyiq edəcək”.

Siyasi şərhçi deyir ki, Putin Ukraynadakı ağır müharibə və Qərbin sərt sanksiyaları fonunda məntiqlə Cənubi Qafqazdakı sülhyaratma prosesinə mane olmamalıdır.

“Ancaq məntiq olsaydı, Putin Ukraynaya hücum etməzdi...”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər