Modern.az

“Qərb özünə avtoqol vurub” - PUTİN

“Qərb özünə avtoqol vurub” - PUTİN

Dünya

18 Aprel 2022, 21:26

Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə özünə avtoqol vurub.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

 

Onun sözlərinə görə, sanksiyalar Qərbdə iqtisadiyyatın pisləşməsinə gətirib çıxarıb.

 

Rusiya iqtisadiyyatının hazırki durumundan danışan Putin inflyasiyanın sabitləşdiyini və ölkədə pərakəndə tələbatın normallaşdığını vurğulayıb.

 

Qeyd edək ki, Qərb ölkələri Ukraynaya hərbi müdaxiləsinə görə Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək