Modern.az

Türkiyədən Quranın yandırılmasına sərt REAKSİYA

Türkiyədən Quranın yandırılmasına sərt REAKSİYA

Dünya

18 Aprel 2022, 19:53

Türkiyə İsveçdə İslamın müqəddəs kitabı olan "Qurani-Kərim"in yandırılması cəhdini şiddətlə qınayır.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda deyilir.

 

"Bu iyrənc hücumlar keçmişdən dərslər alınmadığını, islamofob və irqçi hərəkətlərin qarşısının alınmasında hələ də tərəddüdlərin olduğunu, ifadə azadlığı adı altında nifrət cinayətlərinə açıq və aşkar şəkildə dözümlə yanaşıldığını göstərir. Türkiyə İslamofob və irqçi zehniyyətin yaratdığı təhlükəyə qarşı mübarizəsini davam etdirəcək", - deyə açıqlamada bildirilir.

 

Rəsmi Ankara məsul şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edib.

 

Qeyd edək ki, İsveçin Stram Kurs (Sıx İstiqamət) partiyasının lideri, ifrat sağçı Rasmus Paludanın Qurani-Kərimi yandırması kəskin etirazlara səbəb olub.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək