Modern.az

Türkiyə F-16 üçün ABŞ-a məktub GÖNDƏRƏCƏK

Türkiyə F-16 üçün ABŞ-a məktub GÖNDƏRƏCƏK

Dünya

18 Aprel 2022, 20:38

Türkiyənin Milli Müdafiə Nazirliyi yeni F-16 qırıcılarının alınması üçün ABŞ-a daha əhatəli rəsmi məktub göndərəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik məlumat verib.

 

"Türkiyənin təhlükəsizlik ehtiyaclarının qarşılanması ilə bağlı daha geniş məktub göndəriləcək. Türkiyənin öz suverenliyini təmin etməyə gücü var", - deyə AKP rəsmisi bildirib.

 

Qeyd edək ki, Türkiyə ABŞ-dan 40 ədəd F-16 qırıcısının "Blok 70" versiyasını almağı, mövcud qırıcılardan bəzilərini modernləşdirməyi planlaşdırır.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək