Modern.az

Üç ayda neft məhsullarının istehsalı artıb

Üç ayda neft məhsullarının istehsalı artıb

İqtisadiyyat

18 Aprel 2022, 20:58

Bu ilin yanvar-mart aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 912,8 milyon manat olub. Bu da əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 16,2 faiz artım deməkdir.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

 

Yanacaq mazutunun istehsalı 3,9 dəfə, avtomobil benzininin istehsalı 33 faiz artıb, dizel yanacağının istehsalı 3,9 faiz, sürtkü yağlarının istehsalı 8,8 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 12,3 faiz, neft koksunun istehsalı isə 16,2 faiz azalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi