“Serbiya prezidentinin bu ölkəyə məxsus təyyarələrin minalanması haqqında məlumatların ötürülməsində Ukraynanın iştirakı olmasına dair ittihamları həqiqəti əks etdirmir”.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Oleq Nikolenko bildirib.
“Serbiya prezidentinin əsassız ittihamlarını qəti şəkildə rədd edirik”, - Nikolenko mətbuata açıqlamasında deyib.
Xatırladaq ki, Serbiya prezidenti Aleksandr Vuçiç Rusiyaya səfər edən təyyarələrin minalanması barədə ötürülən məlumatlarda iki ölkənin – bir Avropa İttifaqı üzvünün, eləcə də Ukraynanın iştirakı olduğunu iddia edib.