Ermənistanın keçmiş prezidenti Armen Sarkisyan oğlu və qızının adına Fransanın paytaxtı Paris şəhərində 7.750.000 avroya mülk alıb.
Modern.az xəbər verir ki, alqı-satqı Sarkisyan ailəsinə məxsus VH ESTATE şirkəti üzərindən həyata keçirilib.
Sənədlərdə sabiq prezidentin oğlu, Britaniya vətəndaşı Ayk Sarkisyanın, bacıları - Ermənistan vətəndaşları Karine və Tatevik Sarkisyanın adı qeyd olunub. Dəbdəbəli mülkün 2017-ci ildə alındığı bildirilir.
Xatırladaq ki, Armen Sarkisyan bu ilin yanvar ayında prezidentlikdən istefa verib.