Modern.az

Ukraynadan 164 min uşaq Rusiyaya aparılıb

Ukraynadan 164 min uşaq Rusiyaya aparılıb

Dünya

19 Aprel 2022, 10:58

Ukraynadan, ümumilikdə Luqansk və Donetskdən Rusiyaya təxminən 880 min insan gəlib, onların sayı sutka ərzində 18 min nəfər artıb.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a güc strukturlarındakı mənbə bildirib.

 

"Son 24 saat ərzində 17 800-dən çox insan Rusiya sərhədini keçib. Ümumilikdə fevral ayından indiyədək 878 000-dən çox insan, o cümlədən 164 000 uşaq Rusiyaya gəlib", - məlumatda deyilir.

 

Qeyd olunub ki, 713 min nəfər Donbassdan Rusiyaya təxliyə edilib, qalanları isə Ukraynanın digər ərazilərindən gəlib. Rusiyanın 45 regionunda qaçqınlar üçün 480-dən çox müvəqqəti sığınacaq salınıb. Sığınacaqlarda 33 minə yaxın insan yerləşdirilib.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək