Modern.az

“Aqulis”, yoxsa “Ağulus”?

“Aqulis”, yoxsa “Ağulus”?

Aktual

9 Fevral 2013, 15:19

Hər hansı bir əsəri mühakimə edərkən onu çox diqqətlə, incəliklərinə qədər oxuyub, dərk edib ondan sonra fikir söyləmək olar. Odur ki, mən nə Əkrəm Əylislinin müəllifi olduğu “Daş yuxular”, nə də ki, əsərin törətdiyi problemlərdən danışmaq istəyirəm. Dünya mədəniyyəti tarixindən mühazirə oxuyan bir insan kimi xalqların adət-ənənələri, ərazilərin adı və s. məsələlərlə maraqlandığım üçün “Aqulis” ifadəsi ilə bağlı fikirlərimi bölüşmək istərdim.        

Azərbaycanda bir çox yaşayış yerlərinin ərəb və yaxud rus dilində olması heç də bu yerlərin ərəb və rusların qədim torpaqları olmasına dəlalət etmədiyini hamımız çox yaxşı başa düşürük. İkincisi, uzun zaman İran torpaqlarında yaşayan ermənilər əksər hallarda qədim Midiya və fars dilində olan sözləri özününküləşdirirlər. Üçüncüsü isə, Aksaray, Akcaabat (Trabzon), Ağcaqum çölü (Orta Asiya), Ağdərə, Ağcəbədi, Ağdaş, Ağsu, Ağqoyunlu və s. adların - ifadələrin işləndiyi böyük ərazidə əsərdə təsvir olunan dünyanın möhtəşəm diyarının “Ağulus” (“Akulus”, assimilyasiya nəticəsində “Aqulis”) adlandırılması ehtimalı nəzərdən qaçırılmamalıdır.

İstərdim ki, tarixçi mənbəşünaslar, toponimika mütəxəssisləri, eləcə də Əkrəm müəllim Əylis kəndi və onun adı haqqında müfəssəl, dərin və qərəzsiz araşdırma aparıb çox vaxt keçmədən onun nəticələri ilə dünya ictimaiyyətini məlumatlandırsınlar.                

Səbirə Nemətzadə,
BDU-nun müəllimi
 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi