Modern.az

ÜST rəhbərindən Rusiyaya MÜRACİƏT

ÜST rəhbərindən Rusiyaya MÜRACİƏT

Dünya

19 Aprel 2022, 16:12

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Rusiya qoşunlarının Ukraynada xəstəxanalara və səhiyyə xidmətlərinə hücumunu pisləyib.

 

Modern.az xəbər verir ki, ÜST rəhbəri bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

"ÜST Ukraynada səhiyyə xidmətlərinə qarşı hücumların artmağa davam etməsini qınayır. Bu hücumlar dayandırılmalıdır. ÜST indiyədək 73 nəfərin öldüyü, 53 nəfərin yaralandığı 147 hücumu təsdiqləyib. Rusiyanı müharibəni bitirməyə çağırıram", - deyə Tedros Qebreyesus vurğulayıb.

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək