Modern.az

Putinə yaxın olan milyarderin arvadı və qızı ilə birgə müəmmalı ölümü

Putinə yaxın olan milyarderin arvadı və qızı ilə birgə müəmmalı ölümü

19 Aprel 2022, 18:33

Rusiyalı milyarder Vladislav Avayev, onun hamilə həyat yoldaşı və 13 yaşlı qızı Marianın meyitləri tapılıb.

 

Modern.az xəbər verir ki, meyitlər milyarderin digər qızı tərəfindən aşkar edilib.

 

Rusiyanın ən böyük banklarından biri olan “Qazprombank”da menecer işləyən Avayev Putinə ən yaxın adamlardan biri kimi tanınırdı.

 

İlkin araşdırma zamanı hər üç şəxsin güllə yarasından öldüyü müəyyənləşib. Atəş açılan silahın Vladislav Avayevin əlində olduğu bildirilir.

 

Evə baxış zamanı ümumilikdə 13 giliz tapılıb. Hadisə zamanı evin giriş qapısı bağlı olub. 

 

Şahid qismində ifadə verən qonşular Qərbin sanksiyalarının Vladislav Avayevə mənfi təsir göstərə biləcəyini deyiblər. 

 

"Üç atəş səsi və bir qadın qışqırığı eşitdim. Sonra daha iki atəş açıldı və qışqırıqlar kəsildi. Pəncərədən bayıra baxanda bunun atəşfəşanlıq olduğunu düşündüm, lakin sonradan anladım ki, silah səsidir", - şahidlər bildiriblər.

 

İlkin baxışdan hadisənin intihar olduğu ehtimal edilir. Lakin qətl variantı da istisna deyil. Hazırda faktla əlaqədar araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi