Modern.az

Rusiya daha iki ölkənin diplomatlarını qovur

Rusiya daha iki ölkənin diplomatlarını qovur

Dünya

19 Aprel 2022, 18:18

Rusiya Avstriyanın bu ölkədəki səfirliyinin 4 əməkdaşını "persona-non qrata" (“arzuedilməz şəxs”) elan edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Rəsmi Moskva Belçikanın naməlum sayda diplomatının ölkədən çıxmasını da tələb edib.

 

Bundan əvvəl Rusiya Niderlandın Moskvadakı səfirliyinin və Sankt-Peterburqdakı Baş Konsulluğunun 14 əməkdaşını “arzuedilməz şəxs” elan edib.

 

Qeyd edək ki, Avropa ölkələri Ukraynaya qarşı müharibəyə başladığına görə Rusiyanın 300-dən çox diplomatını qovub.

 

Akif İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi