Böyük Britaniyanın baş naziri Boris Conson bu gün ABŞ prezidenti Co Bayden və digər ölkələrin liderləri ilə danışıqlar aparacaq.
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Consonun sözçüsü məlumat verib.
Tərəflər Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini və Ukraynaya əlavə dəstəyi müzakirə edəcək.
Kanada, Fransa, Almaniya, İtaliya, Rumıniya, Yaponiya, NATO və Avropa Komissiyasının liderlərinin də müzakirələrə qoşulması gözlənilir
Akif İsmayılov