Modern.az

BMT-dən Pasxa bayramı ilə əlaqədar atəşkəs ÇAĞIRIŞI

BMT-dən Pasxa bayramı ilə əlaqədar atəşkəs ÇAĞIRIŞI

Dünya

19 Aprel 2022, 19:57

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Pasxa bayramı ilə əlaqədar Rusiya və Ukraynanı 4 günlük humanitar atəşkəsə çağırıb.

 

Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, o, bu çağırışı təşkilatın qərargahında jurnalistlərə açıqlaması zamanı səsləndirib.

 

Baş katib bildirib ki, cümə axşamı günü başlayıb, bazar günü sona çatacaq "Müqəddəs Həftə" zamanı davam edəcək humanitar atəşkəs mülki əhalinin döyüş bölgələrini tərk etməsi və yardımların çatdırılması üçün zəruridir.

 

Quterreş Ukraynada 12 milyondan çox insanın humanitar yardıma ehtiyacı olduğunu, yardıma ehtiyacı olanların sayının 15,7 milyona yüksəlməsinin gözlənildiyini deyib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi