Modern.az

Putin Ermənistana GƏLƏCƏK

Putin Ermənistana GƏLƏCƏK

20 Aprel 2022, 09:45

Bu ilin iyun ayında İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Parlament Assambleyasının yaradılmasının 15 illiyinə həsr olunmuş iclas keçiriləcək və hazırlıqlara artıq başlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Bildirilib ki, baş nazir Nikol Paşinyanla Vladimir Putinin dünənki görüşündən sonra Rusiya prezidentinin məhz həmin iclasda iştirak etmək üçün iyunda Ermənistana səfər edəcəyi gözlənilir.
 

Rusiya prezidenti Vladimir Putin Ermənistana sonuncu dəfə 2019-cu ildə Avrasiya İqtisadi Birliyinin sessiyasında gəlmişdi. Həmin vaxt Nikol Paşinyanın şəxsən gedib Vladimir Putini hava limanında qarşılamaması ciddi müzakirə mövzusuna çevrilmişdi.

Ötən gün Paşinyan Moskvada Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko tərəfindən qarşılanıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi