Modern.az

Gecə klubundakı partlayışda yaralananların SON DURUMU 

Gecə klubundakı partlayışda yaralananların SON DURUMU 

20 Aprel 2022, 11:03

Bakıda gecə klubunda baş verən partlayışda xəsarət alanların son durumu açıqlanıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zamirə Ədilova Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan özəl tibb müəssisəsində hazırda 3 nəfər müalicə alır:

 

"Onların vəziyyəti orta stabil olaraq qiymətləndirilir".

 

Xatırladaq ki, aprelin 3-də gecə saatlarında Səbail rayonu ərazisində yerləşən obyektdə baş verən partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib. Daha sonra ağır vəziyyətdə olan daha 3 nəfər dünyasını dəyişib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi