Ukrayna 6 minə yaxın qadın, uşaq və qocanın təxliyyəsi üçün mühasirədə olan Mariupola 90 avtobus göndərəcək.
Modern.az xəbər verir ki, bu barədə şəhər meri Vadim Boyçenko milli televiziyada çıxışı zamanı bildirib.
Mariupolu tərk edən mer Vadim Boyçenko eyni zamanda Rusiya ilə təhlükəsiz dəhlizin yaradılması ilə bağlı ilkin razılaşmanın möhkəmlənəcəyinə və saxlanacağına ümid etdiyini bildirib.
O, Mariupolda 100 minə yaxın dinc sakinin qaldığını bildirib.