Modern.az

Baş nazirdən təhsil idarələrilə bağlı QƏRAR

Baş nazirdən təhsil idarələrilə bağlı QƏRAR

20 Aprel 2022, 12:17

İnzibati orqanların təsnifatına dəyişiklik edilib.

 

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

 

Qərara əsasən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin şəhər (rayon) təhsil şöbələri maddəsi yeni redaksiyada verilib.

 

Artıq Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsnifatı aşağıdakı kimi olacaq:

 

- Bakı Şəhəri üzrə Təhsil İdarəsi

 

- regional təhsil idarələri”.

 

Nazirlər Kabinetindən (NK) Modern.az-a verilən xəbərə görə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 20 dekabr tarixli 3059 nömrəli Sərəncamı ilə rayon (şəhər) təhsil şöbələrinin əsasında regional təhsil idarələri yaradılıb. Bundan irəli gələrək, uyğunlaşdırma çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin bir sıra qərarlarına dəyişiklik edilməsi zərurəti yaranıb.

 

Bu səbəbdən də rayon (şəhər) təhsil şöbələrinin əsasında regional təhsil idarələrinin yaradılması ilə əlaqədar Nazirlər Kabinetinin normativ aktlarında uyğunlaşma aparılıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama