Modern.az

Mədəndə güclü partlayış - 5 nəfər öldü

Mədəndə güclü partlayış - 5 nəfər öldü

20 Aprel 2022, 17:06

Polşada daş kömür mədənində güclü partlayışlar baş verib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, hadisəyə metan qazı səbəb olub. İlkin məlumata görə, partlayış nəticəsində 5 nəfər dünyasını dəyişib.

 

Polşanın Baş naziri Mateuş Moravetssju hadisə yerinə gedərək, vəziyyətlə tanış olub. 

 

“Dünyasını dəyişənlərdən əlavə 7 nəfər mədənin keçidində qalıb. 20-dən çox şəxs ağır xəsarətlə hospitala yerləşdirilb”, - deyə Baş nazir qeyd edib.

 

Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal