Modern.az

Rusiya-Ukrayna danışıqları davam edir - Gündəlikdə nələr var?

Rusiya-Ukrayna danışıqları davam edir - Gündəlikdə nələr var?

Dünya

20 Aprel 2022, 17:46

Rusiya və Ukrayna nümayəndə heyətləri vəziyyətin nizamlanması üçün danışıqları davam etdirirlər.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

 

"Rusiya-Ukrayna danışıqları Ukraynadakı vəziyyətin nizamlanması və onun neytral, bloksuz, qeyri-nüvə statusunun təmin edilməsi istiqamətində davam edir. Danışıqların gündəliyinə demilitarizasiya və denasionalizasiya, rus dilinin rəsmi statusunun bərpası, müasir ərazi reallıqlarının tanınması məsələləri daxildir.  O cümlədən, Krımın Rusiyanın mülkiyyəti və DXR və LPR-nin müstəqilliyi də masadadır”, - deyə XİN rəsmisi vurğulayıb.

 

Onun sözlərinə görə, Kiyev rejimi danışıqlara sadiq olmalı, Rusiya Federasiyası ilə razılaşmalar üçün real variantları axtarmağa başlamalıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi