Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun azarkeşləri ilə görüşəcək.
Modern.az xəbər verir ki, görüş aprelin 26-da, "Dinamo"nun yaranmasının 111-ci ildönümündə baş tutacaq.
Ölkə çempionu bu məqsədlə Zaqrebin mərkəzində şənlik təşkil edəcək. Fanatlar orada həm oyunçularla ünsiyyətdə olacaq, həm də əyləncəli proqramları izləyəcəklər.
Qeyd edək ki, "Dinamo" bu gün Birinci Liqanın 9-cu turundan təxirə salınmış matçda “Hayduk”un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.