Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti Bakıda hərbi helikopterin qəzaya uğraması barədə açıqlama verib.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu gun saat 10.30-da Hərbi Hava Quvvələrinə məxsus helikopter radarlardan itərək "Sıxov" cimərliyi istiqamətində qəzaya uğrayıb.
”Hazırda xilasetmı tədbirləri həyata keçirilir. Qəza ilə əlaqədar əlavə məlumat veriləcək”-deyə rəsmi xəbərdə vurğulanıb.
Qeyri-rəsmi məlumatlara görə, "Mİ-17" markalı helikopterdə 3 nəfər olub. Artıq bir meyitin tapıldığı, ikisinin isə axtarıldığı qeyd olunur.
Modern.az