Modern.az

Ukrayna BVF-dən 5 milyard dollar istədi

Ukrayna BVF-dən 5 milyard dollar istədi

Dünya

20 Aprel 2022, 21:23

Ukrayna Beynəlxalq Valyuta Fondundan (BVF) iqtisadiyyatı dəstəkləmək üçün növbəti rüb üçün 5 milyard dollar istəyib.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın icraçı direktoru Kristalina Georgiyeva bildirib.

 

Onun sözlərinə görə, bu məbləğə infrastrukturun bərpası üçün vəsait daxil deyil.

 

“Biz yaxın üç ay ərzində iqtisadiyyatın fəaliyyətini saxlamaq üçün nə qədər pul lazım olduğuna dair təxminlər üzərində çox sıx işləyirik. Onlar ayda 5 milyard rəqəmini bəyan ediblər ki, bu barədə qeyri-müəyyənliklər var. Lakin biz düşünmürük ki, bu, ölkənin ehtimal olunan ehtiyaclarından kənardadır”, - deyə Georgieva Vaşinqtonda keçirilən mətbuat konfransında vurğulayıb.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək