Modern.az

Rusiyanın raket sınağına ABŞ reaksiya verdi

Rusiyanın raket sınağına ABŞ reaksiya verdi

Dünya

20 Aprel 2022, 21:53

Rusiya qitələrarası ballistik raketin sınağından əvvəl Birləşmiş Ştatlara lazımi şəkildə məlumat verib.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

 

Pentaqondan bildirilib ki, sınaq ABŞ üçün təhlükəli deyil.

 

Qeyd edək ki, Rusiya ordusu “Sarmat” qitələrarası ballistik raketini sınaqdan keçirib. Raketin buraxılışı Plesetsk kosmodromunda baş verib. "Sarmat"ın buraxılması dövlət sınaqları proqramında bir ilkdir.

 

Həmçinin oxuyun:

Rusiyanın “analoqu olmayan” raketi sınaqdan KEÇİRİLDİ 

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək