Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsrail və Fələstinə səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə o, “CNN Türk” kanalına müsahibəsində məlumat verib.
Nazir səfərin mayın üçüncü həftəsində baş tutacağını bildirib.
Çavuşoğlu qeyd edib ki, İsrailə səfəri çərçivəsində bu ölkə ilə birlikdə Şərqi Aralıq dənizindən təbii qazın ixracı üçün boru xəttinin inşası məsələsi müzakirə olunacaq.