Modern.az

Jurnalist Nicat Abdullayev QHT sədri seçildi

Jurnalist Nicat Abdullayev QHT sədri seçildi

21 Aprel 2022, 12:36

Jurnalist Nicat Abdullayev Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin (QASİM) rəhbəri seçilib.

Modern.az xəbər verir ki, bu barədə N.Abdullayev özü bildirib.

“Dünən Ədliyyə Nazirliyi tərəfindən QHT sədri kimi təsdiq edildim. Artıq jurnalistika və ictimaiyyətlə əlaqələr sahəsi ilə yanaşı, Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzinin (QASİM) rəhbəri kimi ictimai fəaliyyətlə də məşğul olacam. 16 ildir fəaliyyət göstərən, ölkədə və xaricdə bir sıra önəmli layihələrə imza atan QASİM-in Azərbaycanın, eləcə də cəmiyyətimizin sivil inkişafı üçün gördüyü işləri 11 nəfərlik innovativ komandamızla davam etdirməyə çalışacam. QASİM-in qurucusu və 16 ildir təşkilata uğurlu rəhbərlik edən Anar Əsədliyə göstərdiyi etimada görə dərin təşəkkür edirəm. Mənə göstərilən bu etimadı doğrultmağa çalışacam”, - deyə o əlavə edib.

Nicat Abdullayev bildirib ki, sivil inkişafa təkan verə biləcək fikirləri, layihəsi olan hər kəs QASİM-ə qoşula bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi