Modern.az

Vəfa Quluzadə: “Nədənsə Narışkin bu dəfə doğru danışıb” - AÇIQLAMA

Vəfa Quluzadə: “Nədənsə Narışkin bu dəfə doğru danışıb” - AÇIQLAMA

Təhsil

11 Fevral 2013, 15:24

“Rusiya bütün bəyanatlarında yalan danışır. Amma Narışkin həqiqəti deyib ki, bu məsələ çox qəlizdir və uzun illər çəkəcək”. Bu fikirləri politoloq Vəfa Quluzadə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sonuncu çıxışını Modern.az-a şərh edərkən bildirib. Azərbaycanla Ermənistan arasında hələ də öz həllini tapmayan münaqişənin əsas səbəbkarının Rusiya olduğunu deyən politoloq rəsmi Moskvanı yalan danışmaqda ittiham edib:

 “Rusiya həmişəki kimi bu dəfə də provakasiya xarakterli müxtəlif ideyalar ortaya atır. İndiyə kimi Rusiyanın Qarabağ məsələsindəki mövqeyində heç bir dəyişiklik olmayıb. Rusiya dəqiq bilir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlansa, Ermənistan o dəqiqə Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edəcək. Bu zaman Rusiya Cənubi Qafqazda öz təsirini itirəcək. Rusiya bütün bəyanatlarında yalan danışır. Rusiya hərb və sülh vəziyyətini nə qədər mümkünsə o qədər uzatmaq və bundan bəhrələnməyə çalışır. Narışkin həqiqəti deyib ki, bu məsələ çox qəlizdir və uzun illər çəkəcək. Prezidentlər nə qədər görüşərlər? Ermənistan da sülh istəyir. Məsələ aydındır ki, Rusiya sülhə imkan vermir. Rusiya artıq yavaş-yavaş çökməyə doğru gedir. Əgər Rusiya çökərsə, bölgədə gərgin vəziyyət yaranacaq”,-deyə V.Quluzadə Narışkinin çıxışını şərh edib.

Qeyd edək ki, bir neçə gün bundan öncə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Azərbaycanla Ermənistan arasında 20 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinə dair çıxış edib. S.Narışkin münaqişə ilə bağlı vəziyyətin hazırda çox qəliz olduğunu deyərək, tərəflər arasında yaşanan ən böyük problemin referendum olduğunu diqqətə çatdırıb.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir