Modern.az

Qırğızıstanda 9 Mayla bağlı xəbərdarlıq

Qırğızıstanda 9 Mayla bağlı xəbərdarlıq

21 Aprel 2022, 15:48

Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi (GKNB) mayın 9-da qarşıdan gələn “Ölümsüz alay” yürüşü zamanı ölkə sakinlərini “Z” hərfi ilə yazılmış hərbi forma geyinməməyə çağırıb.

 

Modern.az xəbər verir ki, əhaliyə həmçinin “milli ədavətin qızışdırılmasına” görə məsuliyyət barədə xəbərdarlıq edilib.

 

Milli təhlükəsizlik orqanları karnaval geyimləri kirayəsi ilə məşğul olan təşkilatları da mayın 9-da keçiriləcək “Ölümsüz alay” yürüşü üçün “Z” işarəsi olan hərbi geyimləri icarəyə götürməməyə çağırıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi