Milli Məclisin Təbii Ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvi, millət vəkili Fuad Muradov Modern.az-a açıqlamasında bildirib ki, sabah Bakıda keçiriləcək Avronest PA-nın enerji məsələləri komitəsinin iclasında müxtəlif ölkələrdən 10 millət vəkili iştirak edəcək. O bildirib ki, iclasda yeni layihələr müzakirə olunacaq.
“Bu ilin sentyabr ayında Vilnüs şəhərində enerji təhlükəsizlik seminarının keçirilməsi ilə bağlı olan məsələni müzakirə edəcəyik. Daha sonra Gerb Randi adlı deputatın hesabat məruzəsi dinləniləcək. Onun hesabatına təklif və rəylər bildiriləcək. Bundan başqa aprel ayında keçiriləcək Avronest PA-nın iclasına həmin məruzələr və hesabatlar tövsiyə olunacaq”.
F. Muradov bildirib ki, bu iki məsələ sabah müzakirə olunacaq. “Təbii ki, sabahkı iclasda cari məsələlər də var. Bu gün Avropada atom enerjisi ilə bağlı müzakirələr gedir. Bir neçə ölkədən Avropa parlamentinin deputatlarına təkliflər var ki, Şərqi Avropa ölkələrində də atom enerjisi və təhlükəsizliyi ilə bağlı müzakirələr olsun”.
Anar Kəlbiyev