Modern.az

“Qərbin 10 ildə edə bilmədiyini Rusiya etdi” - SƏFİR

“Qərbin 10 ildə edə bilmədiyini Rusiya etdi” - SƏFİR

21 Aprel 2022, 22:35

Mərkəzi Afrika Respublikası (CAR) öz ərazisində rus hərbi təlimatçıların sayını artırmaqda maraqlıdır.

 

Modern.az xəbər verir ki, bu barədə CAR-ın Rusiyadakı səfiri Leon Dodonou-Pounaqaza Vladimir vilayətinə səfəri zamanı bildirib.

 

"Rusiya təlimatçıları Qərb hərbçilərinin, amerikalıların və ya fransızların on ildə edə bilmədiklərini bir ildə ölkəmiz üçün etdilər. Buna görə də mən çox şadam və biz onların sayının artmasını istərdik", - deyə diplomat vurğulayıb.

 

Bundan əvvəl Rusiya qanunsuz silahlı qrupları zərərsizləşdirmək üçün CAR-a əlavə 300 təlimatçı göndərib. Məlumata görə, hazırda bu ölkədə 500-dən çox rusiyalı təlimatçı və məsləhətçi işləyir.

 

Rusiya Xarici İşlər Nazirliyi dəfələrlə bəyan edib ki, rus təlimatçılar CAR-da qanuni olaraq qalır və bu ölkənin milli ordusunun təlimlərini davam etdirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək