İraqın Ankaradakı müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumata görə, iraqlı diplomata Türkiyə tərəfinin notası təqdim edilib.
Notada İraq rəsmilərinin Türkiyə Silahlı Qüvvələrinin bu ölkənin şimalında apardığı antiterror əməliyyaytlarına dair qərəzli açıqlamalarına və əsassız iddialarına etiraz bildirilib.