Modern.az

Çin qlobal koronavirus sammitindən imtina edib

Çin qlobal koronavirus sammitindən imtina edib

21 Aprel 2022, 22:20

Çin gələn ay keçirilməsi planlaşdırılan ABŞ-ın rəhbərlik etdiyi COVID-19 qlobal sammitində iştirak etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Çinin “South China Morning Post” qəzeti yazıb.

 

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin aprelin 19-da Pekinin sammitdən xəbərdar olduğunu və “beynəlxalq həmrəyliyi və COVID-19-a elmi əsaslı cavabı təşviq etmək üçün bütün səyləri alqışladığını” söyləyib. Lakin hakimiyyət tədbirdə iştirak etmək niyyətlərini açıqlamayıb.

 

Ağ Ev aprelin 18-də ABŞ prezidenti Co Baydenin mayın 12-nə planlaşdırılan virtual sammitə həmsədrlik edəcəyini bildirib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək