Fevralın 24-dən aprelin 21-dək Ukraynada 2345 mülki şəxs həlak olub, 2919 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığı məlumat yayıb.
Təşkilat bildirir ki, faktiki rəqəmlər daha çoxdur, çünki aktiv döyüş əməliyyatları ilə bağlı məlumatlar gecikir, Mariupol, İzyum və Popasnadan gələn xəbərlər statistikaya daxil edilməyib.
Öldürülən 2345 mülki vətəndaşın 703-ü kişi, 429-u qadın, 44-ü qız və 63-ü oğlandır, digərlərinin cinsiyyəti məlum deyil.
Akif İsmayılov