“Mariupolda ruslar dəniz limanı və “Azovstal” zavodu ərazisində aviazərbələrə və hücum əməliyyatlarına davam edir”.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunur ki, Rusiya Donetsk və Luqansk vilayətlərinin ərazisi üzərində tam nəzarəti ələ keçirmək məqsədilə şərq əməliyyat zonasında hücum əməliyyatlarını davam etdirib.
"Eyni zamanda, bütün Ukrayna ərazisində hərbi və mülki infrastruktura raket və bombalı hücumlar dayanmır", - deyə məlumatda bildirilir.